Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Təcili tibbi yardım avtomobili ilə qəzaya düşən xəstə öldü-FOTO

Təcili Tibbi Yardım avtomobili ilə Astaradan Lənkərana gətirilən xəstə ölüb.

Yenixeber.org-un məlumatına görə, bir neçə gün bundan əvvəl Təcili və Təxirəsalınmaz Tibbi Yardım avtomobili ilə Astaradan Lənkərana gətirilən insult xəstəsi Astara rayon sakini 1956-cı il təvəllüdlü Ağabacı Əsəd qızı Əhmədova ölüb.

Qeyd edək ki, həmin gün Astaradan Lənkərana gələn Təcili və Təxirəsalınmaz Tibbi Yardım avtomobili, köhnə Ələt-Astara magistralında, Lənkəran rayonunun Digah kəndi ərazisində Lənkəran rayon Şağlaküçə kənd sakini 1990-cı il təvəllüdlü Natiq Balakişi oğlu Şərifzadənin idarə etdiyi "Hundai Tucson" markalı minik avtomobili ilə toqquşmuşdu. Qəza nəticəsində, Təcili Tibbi yardım avtomobilində olan xəstə A.Əhmədova və xəstənin yaxınları 1977-ci il təvəllüdlü Elnarə Elsevər qızı Əhmədova və 1988-ci il təvəllüdlü Samir Rakif oğlu İbrahimov Lənkəran rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunmuşdu. Ağabacı Əhmədova təcili olaraq reanimasiya şöbəsinə yerləşdirilmişdi.

Onu da bildirək ki, "Hundai Tucson" sürücüsü N.Şərifzadə də Lənkəran rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinin əməkdaşıdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam