Koreya Prezidentinin həbsinə icazə verildi
Cənibi Koreyada Korrupsiyaya Qarşı İstintaq İdarəsinin rəhbəri Oh Don Un prezident Yun Seok Yeolun konstitusiya quruluşunu devirmək üçün fitnə-fəsad törətmək ittihamı ilə həbsinə icazə verib.
Yenixeber.org xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
"Biz səylə araşdırma aparırıq və həbslə bağlı məsələlərə baxacağıq", - Oh Don Un parlamentdə prezidenti həbs etməyi planlaşdırıb-planlaşdırmadığı barədə suala cavabında deyib.
Ondan bir daha soruşublar ki, o, prezidenti həbs etmək niyyətindədirmi?
"Bu aspektlə bağlı çoxlu niyyətlər var, lakin istintaqın proseduru var, bununla əlaqəli vəzifələr var və biz onlarla məşğul oluruq", - Oh Don Un deyib.
Polis, prokurorluq və antikorrupsiya qurumu prezidentə qarşı üsyanda şübhəli bilinmə maddəsi üzrə araşdırmalara başlayıb.
Dekabrın 3-ü axşam saatlarında prezident Yun Seok Yeol “Şimali Koreya tərəfdarı olan ünsürlərə” və parlament müxalifətinin hərəkətləri nəticəsində icra hakimiyyətinin iflic vəziyyətinə düşməsinə qarşı mübarizə məqsədilə hərbi vəziyyət tətbiq edib, amma onun qərarı təxminən altı saat sonra ləğv edilib.