Redaktor seçimi
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Günün xəbəri

Nazir müavini: Bakalavriat səviyyəsi üzrə 7 yeni ixtisas təsnifata əlavə olunub

 

Nazirlər Kabinetinin ali təhsilin müxtəlif səviyyələri üzrə ixtisasların təsnifatları ilə bağlı müvafiq qərarı ilə bəzi ixtisaslar dəyişib, siyahıya yeniləri əlavə edilib.

Yenixeber.org xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini İdris İsayev jurnalistlərə açıqlamasında deyib.

Nazir müavini bildirib ki, təsdiq edilən yeni təsnifata bakalavriat səviyyəsi üzrə 153, əsas (baza ali) tibb təhsili səviyyəsi üzrə 3, magistratura səviyyəsi üzrə 129, rezidentura səviyyəsi üzrə 44 ixtisas daxil edilib.

Onun sözlərinə görə, ali təhsilin bakalavriat səviyyəsi üzrə 7 yeni ixtisas (“Riyaziyyat və fizika müəllimliyi”, “Data analitikası”, “Kənd təsərrüfatı texnologiyaları”, “Heyvandarlıq”, “Qidalanma və diyetologiya”, “Proqram təminatı mühəndisliyi” və “Qida texnologiyaları”) təsnifata əlavə olunub, eyni zamanda 9 ixtisasın adında dəyişiklik edilib.

İ.İsayev bugünkü qərarların təhsil üçün önəmli olduğunu vurğulayıb: "Bir təhsil pilləsindən digərinə keçid üçün ixtisaslaşmalar nəzərdə tutulur. Bəzi ixtisaslar üzrə bakalavrı bitirən tələbələr magistr təhsilini davam etdirmək üçün uyğun ixtisası tapa bilmirdilər. Lakin qərarla bu artıq həllini tapıb".

Sözügedən təsnifatlarla buradan tanış olmaq mümkündür.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam