Redaktor seçimi
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
Günün xəbəri

İran xarici işlər naziri Ankaradadır -Fidanla görüşəcək

 

Suriyadakı təmaslarını başa vuran İranın xarici işlər naziri Abbas Arakçi Türkiyə rəsmiləri ilə görüşmək üçün Ankaraya gedib.

Yenixeber.org xəbər verir ki, Arakçi Türkiyənin yüksək səviyyəli rəsmiləri ilə görüşündə ikitərəfli əlaqələri və regional hadisələri müzakirə edəcək.

Abbas İrakçi Ankarada mətbuata açıqlamasında Suriya səfərini müsbət qiymətləndirib.

Dəməşqdə Suriya və bölgədəki mövcud hadisələrlə bağlı fikir mübadiləsi apardıqlarını bildirən nazir, “Bu görüşdə mən cənab Bəşər Əsədə İran İslam Respublikasının Suriya hökumətinə, ordusuna və xalqına hərtərəfli dəstəyini açıq şəkildə bəyan etdim. Keçmişdə İŞİD və digər müxtəlif qrupların Suriyanı vətəndaş müharibəsinə sürüklədiyi daha çətin dövrlər olub, lakin onlara müqavimət göstərilib.
İndi onlar yenidən fürsət əldə edib, İsrailin Livan və Fələstini işğal etməsinin yaratdığı şərait nəticəsində istədiklərini edə biləcəklərini düşünürlər.

Təbii ki, bu, səhv hesablamadır və Suriya hökuməti və ordusu onlarla mübarizə aparmağa qadirdir, əlbəttə ki, müqavimət qrupları da kömək edəcək və İran İslam Respublikası bütün lazımi dəstəyi verəcək”, - deyə Araqçi bildirib.
 

Ankarada Türkiyənin xarici işlər naziri Hakan Fidanla hərtərəfli görüşlər keçirəcəyini bildirən Arakçi, “Türkiyə ilə hər zaman müxtəlif mövzularda məsləhətləşmələr aparmışıq. Bir çox yerdə razıyıq, bəzi yerlərdə isə razı deyilik. Bir-birimizlə danışmağımız da təbiidir. Ümid edirəm ki, biz regional məsələlərdə ümumi anlaşma əldə edə bilərik”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam