Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Aygün Əliyevaya "DUR" deyən olacaqmı?! -
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Günün xəbəri

Ağadadaş Ağayev özünü təqsirli bilmir -MƏHKƏMƏ

 

Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Yenixeber.org-un məlumatına görə, Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hadisə şahidləri iştirak etməyiblər.

Eləcə də tərəflər onların iştirakı olmadan prosesin keçirilməsinə etiraz etməyib.

Xalq artisti bildirib ki, özünü təqsirli bilməyib. O, həmçinin prosesdə çıxışa hazır olmadığını deyib.

"Bütün məsələ havada qalıb. Mən kömək istəyirəmsə, niyə söyüşlə istəyə bilərəm. Hazırda çıxışa hazır deyiləm. Ona görə də bu gün ifadə vermək istəmirəm", - xalq artisti deyib.

Məhkəmə prosesi təqsirləndirilən şəxs ifadə vermək üçün özünü hazır hiss etmədiyi üçün dekabrın 3-kimi təxirə salınıb.


Qeyd edək ki, Ağadadaş Ağayevin mübahisə etdiyi Nurəddin Cəlilov və müğənninin atdığı baltanın dəydiyi xadimə Nəzakət Paşayeva cinayət işində zərərçəkən qismində tanınıb.

Xalq artisti Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq,silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə təqsirli bilinir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam