Yenixeber.org: Məlumata görə, görüş zamanı “Azərişıq” ASC ilə Dubay Elektrik və Su İdarəsi arasında elektrik sektorunda əməkdaşlığın inkişaf perpsektivləri müzakirə olunub. Bildirilib ki, qurumlar arasında yaranacaq bu əməkdaşlıq gələcəkdə hər iki ölkənin enerji təchizatının xüsusilə də, yaşıl enerjiyə keçidin sürətlə inkişaf etdirilməsinə xidmət edəcək.
Tərəflər arasında baş tutan işgüzar görüşdə həmçinin “Azərişıq” ASC-nin paytaxtda, regionlarda, o cümlədən işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi yenidənqurma işləri, gələcək layihələr barədə məlumat verilib.