Ermənistanla Azərbaycan strateji saziş imzalamalıdır -Paşinyandan ŞOK TƏKLİF
Ermənistan və Azərbaycan sülh müqaviləsi ilə yanaşı strateji saziş də bağlamalıdırlar.
Yenixeber.org-un məlumatına görə, bunu Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.
O bildirib ki, yaxın əsrlərdə xalqların dinc yanaşı yaşaması üçün bu saziş imzalanmalıdır.
Paşinyanın sözlərinə görə, İrəvan danışıqların dalana dirənməsini istəmir.
O qeyd edib ki, Ermənistan bu yaxınlarda Azərbaycanın sülh müqaviləsi ilə bağlı təkliflər paketinə cavab verib. Paşinyan vurğulayıb ki, Ermənistan kommunikasiyaların blokdan çıxarılması üçün Azərbaycana yazılı təklif göndərib: “Biz regional kommunikasiyaların açılması məsələsini tamamilə qarşılıqlı məqbul hesab edə bilərik”.