Redaktor seçimi
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Korrupsiyanın kanalizasiyasında batan yalnız adamlar deyil, milyardlardır -
Xəlil Göyüşovun başı dərddə -
Eldar Mahmudovun övladlarının biznesi araşdırılır -
Natiq Sadıqovun “ŞaurmaN1” fırıldaqları:
Günün xəbəri

COP29-un gedişatında yeni ekoloji yanaşma və dəyərlər formalaşır -ŞƏRH

 

          Azərbaycanda keçirilən COP29 qlobal ekoloji fəlakətdən dönüş nöqtəsidir.

Yenixeber.org xəbər verir ki, bunu Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib.

Polkovnik qeyd edib ki, COP29 bəşəriyyətin diqqətini dünyadakı iqlim problemlərinə çəkməklə yanaşı, həm də həmin problemlərdən xilas yolunu göstərir: “COP29-un bütün bəşəriyyət üçün əsl önəmi artan ekoloji problemlərin müzakirəsi ilə yanaşı, onlardan qurtulmaq üçün xilas yollarının gündəmə gətirilməsi, bu sahədə konkret qərarların qəbuludur. Yəni, Azərbaycanda keçirilən COP29 dünyanı ekoloji fəlakətdən qurtarmaq üçün dönüş nöqtəsidir. Bütün dünya məhz COP29 sayəsində ekoloji fəlakətin nə qədər yaxında olduğunu, planetin gələcəyinin necə böyük təhlükə ilə üz-üzə qaldığını dərk etdi. Dünyanı bu fəlakətdən qurtarmaq üçün ya indi kritik, fundamental addımlar atılmalı, ya da bəşəriyyət öz məhvinə hazır olmalıdır”. 

Cəlil Xəlilov vurğulayıb ki, tədbirdə 196 ölkədən on minlərlə nümayəndənin iştirakı dünyanın Azərbaycanın ev sahibliyi etdiyi COP29-a böyük maraq göstərdiyini təsdiqləyir: “Bakıda keçirilən COP29-da 196 ölkədən 72 min iştirakçı qeydiyyatdan keçib ki, onların arasında 80 prezident, vitse-prezident və Baş nazir var. Britaniya, İtaliya, İspaniya, Belçika, Danimarka, Finlandiya, Polşa, Yunanıstan, Çexiya, Xorvatiya, Serbiya və digər ölkələrin rəhbərlərinin, Avropa İttifaqı Şurasının Prezidentinin nümunəsində liderlərin iştirakı ondan xəbər verir ki, bu günlərdə bütün dünya Bakıya toplaşıb və planetin gələcəyi Azərbaycanda həll edilir”.

                Polkovnik Cəlil Xəlilov

O qeyd edib ki, hələ davam edən COP29 artıq bir sıra məqsədlərinə çatıb: “Artıq beynəlxalq maliyyə korporasiyaları və bank strukturlarının açıqlamaları var ki, iqlim dəyişikliklərinin fəsadlarına qarşı mübarizə məqsədilə öz maliyyə töhfələrini artıracaqlar. Nümunə üçün qeyd edək ki, Dünya Bankı maliyyə töhfəsini 170 milyarda çatdıracağını bildirib və bu, kifayət qədər böyük rəqəmdir. Bütün bunlar COP29-dan əsas gözlənti olan yeni iqlim maliyyəsi hədəfi üzrə tarixi razılaşmanın əldə olunması üçün COP29-da danışıqlar üçün əla atmosfer yaradır, ekoloji mühitin yaxşılaşması, iqlim dəyişikliklərinə qarşı daha effektiv mübarizə üçün zəmin formalaşdırır”.

Polkovnik bildirib ki, COP29 sammitindən irəli gələn vəzifələrin təbliği istiqamətində qeyri-hökumət təşkilatları da aktiv iş aparmalıdır: “Xüsusilə media və sosial şəbəkələrdə bu ideyaların yayılması, təbliği istiqamətində ciddi aktivlik sərgiləməlidir. Bununla yanaşı, həm də dövlətimizin COP29 çərçivəsində qlobal ekoloji mühitin yaxşılaşmasına verdiyi dəstəyin təbliğatında da fəal iştirak etməli, eyni zamanda, Ermənistanın ekoloji cinayətlərini ifşa etməliyik. Bütün dünya görməlidir ki, Ermənistanın vaxtilə işğal altında saxladığı Azərbaycan torpaqlarında törətdiyi ekoloji vəhşiliklər bütün planetin təhlükəsizliyi üçün necə böyük təhdiddir və ölkəmiz bu qorxunc siyasətin nəticələrini ortadan qaldırmaq üçün necə böyük əmək sərf edir”.(Azertac)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam