Redaktor seçimi
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
Günün xəbəri

Klub rəhbəri iki jurnalisti həbslə hədələyir -Futbolumuzda QALMAQAL

 

Azərbaycan futbolunda növbəti xoşagəlməz hadisə yaşanır.

Yenixeber.org xəbər verir ki, “Sumqayıt” Futbol Klubunun prezidenti Riad Rəfiyev, onun fəaliyyətini tənqid etdiyinə görə iki jurnalisti həb etdirməklə hədələyib.

Belə ki, klub prezidenti Riad Rəfiyev idman jurnalistləri Anar Şabanoglu (Sports.az saytı) və İxtiyar Əsgərovdan (Matç.az saytı) prokurorluğa şikayət edib.

Prokurorluğa dəvət olunan baş redaktorlara xəbərdarlıq edilərək, 20 sutkaya qədər həbs oluna biləcəkləri bildirilib.

“Sumqayıt” Futbol Klubunun prezidenti jurnalistləri məhkəmə ilə də hədələyib. Riad Rəfiyev media nümayəndələrinin onun təhqir etdiyini bildirib. Onun iddiasına görə, jurnalistlərin yazılarında onun şərəf və ləyaqətinə, işgüzar nüfuzuna xələl gətirən ifadələr yer alıb.

Jurnalistlər isə klub rəhbərinin iddialarını rədd ediblər.

Anar Şabanoğlu bildirib ki, Riad Rəfiyevlə sona qədər mübarizə aparacaq.

“İdman jurnalistlərinə atdığı şərə, 26 illlik jurnalist imicimi ləkələməyə yönəlmiş şikayətə görə sona qədər mübarizə aparacam!”.

İxtiyar Əsgərovun sözlərinə görə, yazısında “Sumqayıt” rəhbərinin işini "yarıtmaz" adlandırdığına görə hədəfə tuş gəlib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam