Redaktor seçimi
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Günün xəbəri

Bakıda Ukrayna Evinin açılışı olub - FOTOLAR

Bakıda Ukrayna Evinin açılışı olub - FOTO
Bakıda Ukrayna Evinin açılışı olub.

Yenixeber.org: Məlumata görə, Azərbaycandakı Ukrayna Mədəniyyət Mərkəzinin rəhbəri Olqa Huseva çıxışında sözügedən mərkəzin Azərbaycan auditoriyasına Ukrayna haqqında müfəssəl məlumatların verilməsində mühüm rol oynayacağını bildirib.

Daha sonra Azərbaycanın Dövlət Himni səsləndirilib. Ukraynanın Dövlət himnini isə bu ölkənin xalq artisti Rimma Şapovalova ifa edib.

Rusiya-Ukrayna müharibəsində həlak olan ukraynalıların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bildirilib ki, mərkəzin yaradılmasının əsas məqsədi ölkənin mədəniyyətini Azərbaycanda layiqincə təmsil etməkdən ibarətdir.

Eyni zamanda Ukrayna Evində müxtəlif kursların təşkil ediləcəyi bildirilib.

Qeyd olunub ki, ilk olaraq mərkəzin zallarından birində "Sındırılmış arzular" adlı sərgi açılıb.

Ukraynanın Azərbaycandakı səfiri Yuri Husev Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik edib. Daha sonra iki ölkə arasındakı uğurlu diplomatik, mədəni, humanitar əlaqələrdən bəhs edib: "Bu Mərkəzin fəaliyyət perspektivlərini yüksək qiymətləndirirəm. Mən fürsətdən istifadə edib bu layihənin gerçəkləşməsində dəstək olan yerli və beynəlxalq tərəfdaşlarımıza, habelə tərəfdaş ölkələrimizin Azərbaycandakı səfirliklərinə təşəkkür edirəm. Onların dostluğu və dəstəyi bizim üçün çox önəmlidir. Həmçinin dünyanın müxtəlif ölkələrində yaşayan ukraynalılara da minnətdarlıq bildirmək istəyirəm. Əminəm ki, bu mərkəz Azərbaycan auditoriyasına Ukraynanın tarixi, mədəniyyəti və cəmiyyəti haqqında müfəssəl məlumatların çatdırılmasında mühüm rol oynayacaq".

Tarix elmləri namizədi Olena Korotkova bildirib ki, Azərbaycanda ilk Ukrayna məktəbi 2000, digəri isə 2019-cu ildə açılıb: "Bizim əsas məqsədimiz həm Ukrayna dilinin, həm də vətəndaş və dostluq münasibətlərinin inkişafı, eləcə də adət-ənənələrimizin təbliğindən ibarətdir. Azərbaycan və Ukrayna arasındakı çoxdan bəri mövcud olan əlaqələr müxtəlif sahələrdə uğurla davam edir. Azərbaycandan olan tələbələr Ukraynada, ukraynalı tələbələr isə Azərbaycanda təhsil alırlar. Biz ümid edirik ki, bu münasibətlər daha da geniş inkişaf edəcək".

Tədbirdə o da qeyd olunub ki, Ukraynada davam edən müharibə zamanı ölkənin ərazi bütövlüyünün bərpası istiqamətində döyüşlərdə 50 nəfərə yaxın azərbaycanlı soydaşımız həlak olub.

Açılış mərasimi bədii hissə ilə davam etdirilib.(apa)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam