Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

“Uşaq Qaynar Xətti” 2024 -cü ilin 3-cü rübünün nəticələrini açıqladı

 

2024-cü ilin iyul, avqust, sentyabr ayları ərzində “Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinə (AUQX) ümumilikdə 481 müraciət daxil olub. Xidmətin təqdim etdiyi hesabata əsasən, müraciətlərin 138-i hüquqi məsələlər, 63-ü psixoloji dəstək, 41-i sosial çətinliklər, 38-i təhsil problemləri, 5-i isə səhiyyə sahəsinə aid olub. Digər kateqoriyaya daxil olan və naməlum zənglərin sayı 196 təşkil edib.

Yenixeber.org xəbər verir ki, 18 yaşdan yuxarı olan şəxslər tərəfindən edilən müraciətlərin sayı 396, 18 yaşdan aşağı uşaqlardan daxil olan müraciətlərin sayı 39, naməlum zənglərin sayı isə 46-dır. Müraciətlərin 271-i qız, 164-ü oğlan tərəfindən, 46-sı anonim şəkildə edilib.

Daxil olan müraciətlərlə bağlı bir sıra vacib tədbirlər görülüb. Hesabat dövrü ərzində 38 ailə ilə görüş təşkil edilib, hüquqi dəstək göstərilib, 50 sosial-psixoloji reabilitasiya işi aparılıb. Bununla yanaşı, 10 ailəyə və 3 məktəbə təcili səfərlər təşkil olunub.

“Azercell Telekom” MMC-nin dəstəyi ilə fəaliyyət göstərən “Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinin əsas məqsədi uşaqlar və onların ailələrinin üzləşdiyi müxtəlif problemlərin həllinə ixtisaslaşmış yardım göstərməkdir. Xidmət uşaqların təhlükəsizliyinin və rifahının qorunması üçün daima fəaliyyətini genişləndirir.

“Uşaq Qaynar Xətt”i 116111 qısa nömrəsi, 4 mobil xətt (+994 50 680 22 80, +994 51 580 22 80, +994 51 880 11 80, +994 51 880 22 80), elektron poçt (ushaqqaynarxetti@gmail.com), Facebook  Instagram sosial şəbəkələri, “uşaqqaynarxetti” mobil tətbiqi, həmçinin AUQX veb-saytındakı canlı çat üzərindən xidmət göstərir.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam