Redaktor seçimi
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Korrupsiyanın kanalizasiyasında batan yalnız adamlar deyil, milyardlardır -
Xəlil Göyüşovun başı dərddə -
Eldar Mahmudovun övladlarının biznesi araşdırılır -
Natiq Sadıqovun “ŞaurmaN1” fırıldaqları:
Parlamentin ən milyonçu üzvü: Feyziyevin Bakıda və Londonda məhkəmələrdən başı açılmır -
İcra başçısı Alı Alıyevin oğlunun fermasındakı yanğın zamanı iki uşaq kül oldu -
15 saylı Cəzaçəkmə Müəssisəsində xəstə məhkumlara dərman verilmir -
Günün xəbəri

“COP29-la bağlı ingilis dilini bilən işçilərdən ibarət növbələr qurulub”

“COP29 dövründə təcili və təxirəsalınmaz tibbi yardımın Mərkəzi Çağrı Xidmətinə daxil olan müraciətləri operativ yönləndirmək üçün bir sıra addımlar atılıb”.

Yenixeber.org xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov Yeni Klinikada tibbi xidmətlərin təşkilinə həsr olunmuş brifinqdə bildirib. 

Onun sözlərinə görə, COP29 tədbirinə hazırlıq üçün ingilis dilini bilən işçilərdən ibarət növbələr qurulub: “Bütün kompüterlər sazlanıb, yeni call-center avadanlıqları təmin olunub. Bundan əlavə, data serverə baxış keçirilib, gələcəkdə baş verə biləcək texniki nasazlığın qarşısını almaq məqsədilə server yeni ötürücü qurğularla təchiz olunub.

Tədbirin keçiriləcəyi Bakı Olimpiya Stadionundakı həkim məntəqələrinə ingilis dili biliyi olan ixtisaslı həkim və orta tibb işçiləri cəlb edilib.

COP29 dövründə Heydər Əliyev Adına Beynəlxalq Hava Limanında tibbi xidmətin təşkil olunması ilə əlaqədar xidmət göstərəcək təcili yardım briqadaları təyin edilib”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam