Redaktor seçimi
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Korrupsiyanın kanalizasiyasında batan yalnız adamlar deyil, milyardlardır -
Xəlil Göyüşovun başı dərddə -
Eldar Mahmudovun övladlarının biznesi araşdırılır -
Natiq Sadıqovun “ŞaurmaN1” fırıldaqları:
Günün xəbəri

Günün qoroskopu: Yaşamınızda nəyisə dəyişmək istəyirsinizsə, aktiv olun

 

Yenixeber.org dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir 

Qoç - xırda məsələlərə görə narahat olmağa dəyməz. Təlaş üçün ciddi səbəblər olmadığından rahat çalışın. Diqqət və səliqəlik tələb edən işlərin görülməsi üçün münasib zamandır.

Maliyyə məsələləri və sənədləşdirmə ilə bağlı problemləri həll edə bilərsiniz.

Günün ikinci yarısında yola çıxmaq, səfərə yollanmaq məsləhət deyil. Planlaşdırılmamış görüşlər ola bilər. Onların hamısı xoş olmasa da, faydalıdır.

Axşam saatlarınızı ailənizlə keçirin.

Buğa - günün ilk yarısında sizi xoş xəbər gözləyir. Xəbər o qədər yaxşıdır ki, ona inanmağa çətinlik çəkəcəksiniz. İşgüzar təkliflər ala bilərsiniz. Onlar qarşınızda yeni üfüqlər açacaqlar. Yeni tanış olduğunuz insanla ünsiyyət sizi uzun müddət sevindirəcək.

Ən yaxşı məziyyətlərinizi nümayiş etdirin.

Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlardan biri sizinlə çalışmaq istəyəcək.

Axşam saatlarında əks cinsin diqqət mərkəzində olacaqsınız. Qətiyyətli olun, təşəbbüskar davranın. Romantik görüş pis keçməyəcək.

Əkizlər - çox məhsuldar iş günüdür. Qarşınızda duran məsələlər nə qədər qarışıq və mürəkkəb olarsa, onların öhdəsindən bir o qədər yaxşı gələcəksiniz. İşgüzar intuisiyanız iti olsun. Kommersiya fəaliyyətində passivlik etməyin.

Günün ikinci yarısında bilik və bacarıqlarınızı artıra bilərsiniz. Adi günlərdən fərqli olaraq daha tez yorulacaqsınız. Enerjinizi bərpa edin. Zərərli vərdişlərdən birindən imtina etmək zamanıdır.

Xərçəng - asan olmayan, amma uğurlu zamandır. Qarşınıza qoyduğunuz məqsədlərə çatmaq üçün əməllicə zəhmət çəkməli olacaqsınız. İradəli və dönməz olun. Köhnə tanışlar, bir zamanlar həmkarınız və ya iş yoldaşınız olmuş insanlar sizə yardım edəcəklər. İşgüzar səfərlərə yollanmaq, mühüm danışıqlar aparmaq olar.

Günün ikinci yarısı şəxsi münasibətlər üçün yaxşıdır. Dürüst seçim etdiyinizə əmin olun.

Axşam saatlarında normal istirahət edin.

Şir - yeni işlər və layihələr üçün münasib zamandır. İndiyədək çox zəif təsəvvürünüzün olduğu işlərə də başlaya bilərsiniz. Az sonra müttəfiqinizə çevriləcək insanla qarşılaşa bilərsiniz. İşdəki problemlərin həllində, çətin dövranın aşılmasında yardımçınız olacaq insanlarla təmasda olun.

Günün ikinci yarısında inadkarlıq edin. Narahatlıq, təlah hissi yarana bilər. Nə qədər qəribə olsa da, işlər əhvalınızı yaxşılaşdıracaq. Bütün diqqətiniz məhsuldar fəaliyyətə yönəlsə, emosiyalarınızda müsbətə doğru dəyişikliklər olacaq.

Qız - başladığınız bütün işlərdə tez uğur əldə edəcəyinizi düşünürsünüzsə, yanılacaqsınız. Maraqlarınızı müdafiə etməyə çalışın. Diskussiya və danışıqlar zamanı kimsənin xətrinə dəyməyin.

Mübahisələrdə sərt danışmayın, ortaq məcxrəci tapmağa can atın.

Günün ikinci yarısında konstruktiv davranın. Yeni tanışlıqlar istisna deyil. Amma bu münasibətlər rəvan və nomral olmayacaq. Davranışınız situasiyadan, vəziyyət də hisslərinizdən asılıdır.

Tərəzi - hadisələrlə gərgin, maraqlı işdir. Fəaliyyətinizdə irəliləyişlərə nail olmaq istəyirsinizsə, ağır fiziki işə hazır olun. Xeyli vaxt sərf etdiyiniz məsələnin həlli rifahınıza təsir edəcək. Özünüzdən razı olmayın.

Ən kiçik iradları və tənqidləri ürəyinizə salmayın. Tərif eşitməyəndə ruhdan düşməyin.

Günün ikinci yarısı alış-veriş və sövdələşmələr üçün sərfəlidir. Axşam saatlarını evdə keçirin. Qonaq qəbul etmək, yaxınlarınız üçün kiçik bayram təşkil etmək mümkündür.

Əqrəb - günün ilk yarısında gərginlik yaranacaq. Yaxın ətrafınızdakı insanlarla bağlı situasiyada dəyişikliklər ola bilər. Münasibətlərdə sərvaxt və sayıq olun. Kobudluq etməyin. Hətta ən kiçik məsələlərin həlli xeyli vaxt alacaq.

Günün ikinci yarısında müstəqil fəaliyyət üçün yaxşı şərait yaranacaq. Mühüm məsələlərdə diqqətsiz davranmayın.

Yeni məsələlər yaranır. Onların həllində obyektiv situasiyanı nəzərə alın. Yaşam təcrübəsi və praktiki təcrübəniz karınıza gələcək. Axşam saatlarında romantik görüşlər ola bilər.

Xarici görünüşünüzə fikir verin. Yaxşı görünməyə çalışın.

Oxatan - günün ilk yarısında başlayacağınız işlərdə sərrast olun. Nikbin davransanız, uğurlar sizindir. Ən yaxşı məziyyətlərinizi nümayiş etdirin. Bacarıq və biliklərinizi göstərin. Dəstəyini almaq istədiyiniz insanlarda özünüzlə bağlı xoş təəssürat yaratmağa çalışın.

Günün ikinci yarısında konfrans, seminar və tədbirlərə qatılmaq, ünsiyyət çevrəsini genişləndirmək olar.

Çoxdan bəri yarımçıq qalmış işləri başa vurmaq zamanıdır. Uzun səfərə çıxmayın. Yaxınlarınızla münasibətlərinizin harmonik olmasına çalışın. Münaqişələr yaratmayın.

Axşam saatlarında normal istirahət edin.

Oğlaq - bütün diqqətinizi mühüm işlərə yönəldin. Əhəmiyyətli layihələrin həyata keçirilməsində qətiyyətli və əzmkar olun. Önəmsiz məsələlərə fikir verməyin. Situasiya bir dəqiqəlik olsa da, nəzarətdən çıxarsa, hadisələr arzuolunmaz məcraya yönələ bilər. İşgüzar təmaslarda diqqətli olun. Çox vədlər verən insanlara inanmayın.

Onlardan yaxşı nə isə gözləməyə dəyməz.

Günün ikinci yarısında müsbət təmayüllərin təsiri artacaq. Alış-veriş etmək, gəzintiyə çıxmaq olar. Pozitiv olun, planları yaddan çıxarmayın.

Dolça - günün ilk yarısında kiçik problemlər və anlaşılmazlıqlar olacaq. Əsas məsələ odur ki, milçəyi filə çevirməyəsiniz və hansısa iş alınmayanda pərişan qalmayasınız. Yolunuzda qarşılaşacağınız bütün maneələri dəf edə bilərsiniz. Yaxın ətrafınızdakı insanlarla dil tapın. Belədə yaşamınız rahatlaşar.

Günün ikinci yarısında xoş sürprizlər istisna deyil. Yaşamınızda nəyisə dəyişmək istəyirsinizsə, aktiv olun. Fəaliyyət üçün əlverişli zamandır.

Axşam saatlarına yaxın yeni planlar barədə düşünmək olar.

Balıqlar - önəmli qərarları müstəqil şəkildə qəbul etməyə çalışın. Təxribatlara uymayın. Bu gün çoxları sizi yoldan çıxarmağa çalışacaqlar. Zəiflik etməsəniz, onlar uğursuzluğa düçar olacaqlar. Maliyyə baxımından əlverişli zamandır.

Günün ikinci yarısında yaxşı gəlir əldə etmək və ya köhnə borcun qaytarılmasına nail olmaq mümkündür.

Axşam saatlarına yaxın sakit və diqqətli şəkildə işləyin. Təfərrüatlara, detallara fikir verin. Heç nəyi diqqətdən qaçırmayın. Mürəkkəb avadanlıq, texnika almaq olar.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam