Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

İndi dairəvi yolda vəziyyət necədir?-FOTOLAR

 

Xəbər verdiyimiz kimi, dünən saat 16 radələrində Kənar Dairəvi-1 avtomobil yolunun 6-cı kilometrliyinin yaxınlığında qaya parçası təhlükəli vəziyyət yaradıb.

Yenixeber.org xəbər verir ki, hadisə zamanı Qaradağ rayonu, Lökbatan yolu ərazisində qaya parçaları qırılaraq yolun hərəkət hissəsinə tərəf meyillənib. Yolda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Bu da gecə saatlarında yolda böyük tıxacın yaranmasına səbəb olub.

Hazırda yoldakı vəziyyətlə bağlı Baş Dövlət Yol Polisi İdarəsinə sorğu ünvanladıq. Qurumun inspektoru, polis leytenantı Elvin Hacıyev müraciətimizə cavab olaraq bildirdi ki, ərazidə vəziyyət nəzarət altındadır və hazırda tıxac yoxdur: “Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları və eləcə də aidiyyəti qurumların nümayəndələri ilə birlikdə ərazidə lazımi tədbirləri görürlər. Həmin istiqamətdə sürücülərin təhlükəsizliyi tam şəkildə təmin edilib. Ərazidə hazırda hər hansı təhlükə gözlənilmir. Həmçinin, yolda tıxac yoxdur”.(Report)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam