Redaktor seçimi
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Günün xəbəri

“Ağa Musa Nağıyev - 175” videoçarxının çəkilişləri yekunlaşdı

“Ağa Musa Nağıyev - 175” videoçarxının çəkilişləri yekunlaşdı

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Milli Dəyərlərin Qorunması” ictimai birliyi tərəfindən həyata keçirilən “Ağa Musa Nağıyev irsinin təbliği” layihəsi çərçivəsində “Ağa Musa Nağıyev - 175” videoçarxının çəkilişləri yekunlaşıb. Qeyd edək ki, layihə 1 iyul – 30 sentyabr 2024-cü il tarixlərini əhatə edən 3 (üç) ay müddətində icra olunur. Layihə rəhbəri Dilarə Nağıyeva-Muxtarovadır.

Çarxda Bakı milyonçusu və xeyriyyəçi Ağa Musa Nağıyevin XX əsrin əvvəllərində Bakı şəhərində tikdirdiyi tarixi binaları və həmin dövrdə cərəyan etmiş tarixi prosesləri cəmiyyətimizə tanıdılır, Azərbaycan tarixinin indiyədək bilinməyən səhifələri açılır, həmçinin insanlar milli-mənəvi dəyərlər sisteminin əsas elementlərindən olan xeyriyyəçilik ənənələrini təbliğ və təşviq olunmasına, onun Azərbaycan cəmiyyətində daha da geniş tətbiq olunmasına dəvət edilir.

Xeyriyyəçilik ənənələrinin bu şəkildə geniş təbliğ olunması, eyni zamanda, Azərbaycanın milli maraqlarına da uyğundur, çünki Azərbaycan cəmiyyətində bu xüsusiyyətləri yaymaqla milli birlik, milli şüur və milli özünüdərketmə təmin edilir.

Bunların Azərbaycanın dövlətçiliyindən tutmuş müxtəlif sahələrə qədər böyük töhfələr verdiyini göstərmək və bununla da Azərbaycan cəmiyyətində Bakı şəhərinin tarixi ilə bağlı biliklərinin daha da genişləndirilməsinə nail olmaq əsas hədəflərimizdən biridir. Bundan əlavə, Ağa Musa Nağıyevin həyatı və fəaliyyəti ilə bağlı yeni tədqiqatların nəticələrini misal göstərərək, əsasən, gənc nəsildə xeyriyyəçilik ənənələrinin Azərbaycan cəmiyyətində daha da geniş yayılmasına müvəffəq olmaq əsas məqsədimizdir.





Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam