Redaktor seçimi
Gəncə şəhər stadionunun tikintisi mərhum nazirin oğlunun iş ortağına tapşırılıb -
Ağsuda dövlətin pulu küçələrin işıqlandırılması adı ilə “qaranlığa qərq olur” –
“Samur” Gömrük Terminalındakı Rüfət Qəhrəmanov kimdi? — Şahin Bağırovun adamı yoxsa… /
Bakı Dövlət Universitetində korrupsiya faktları aşkarlandı -
Sahil Babayevin gücü qarşısında Qanunlarımız və İcra Mexanizmi aciz qalıb -
Qusarçay Saleh Məmmədovun Daş Karxanasında belə “buxarlanır” –
Məzahir Pənahov dövlətin pulunu necə xərcləyir?:
Cavanşir Feyziyev Seçki Məcəlləsinin tələblərini NECƏ POZUR? – 
Günün xəbəri

İsmahane Eluafe: "Azərbaycanda gənc innovatorların iqlimlə bağlı həllərini görmək istəyirəm"

 

Azərbaycandan olan gənc innovatorların iqlimə davamlılıq üçün həll yollarını görmək istəyirəm.

Yenixeber.org xəbər verir, bunu CGIAR-in (ərzaq təhlükəsizliyi sahəsində tədqiqatla məşğul olan beynəlxalq təşkilatları birləşdirən qlobal tərəfdaşlıq) icraçı direktoru İsmahane Eluafe "Bakı İqlim Fəaliyyəti Həftəsi"nin 2-ci günündə deyib.

O bildirib ki, iqlim dəyişikliyi, su ehtiyatlarının azalması, qida təhlükəsizliyində vəziyyətin pisləşməsi və digər dəyişikliklər bir-biri ilə sıx bağlıdır: "Bu gün dünya əhalisinin təxminən 10 %-i aclıqla üzləşib. Bu, təxminən 720 milyon insan deməkdir. İstiləşmə ilə bağlı artan hər dərəcə aclıqla üzləşənlərin sayını yüksəldir. Temperaturun artdığı dünyada təxminən 2 milyard insan aclıqla üzləşə bilər. Bu il baş verən əhəmiyyətli istiləşmənin nəticələrini gördük. Daşqınlar, quraqlıqlar və daha uzun istilik dalğaları kənd təsərrüfatı məhsuldarlığını azaldır, qida, torpaq və su sistemlərinə bağlı icmaların həssaslığını artırır".

İcraçı direktor qeyd edib ki, Azərbaycan da kənd təsərrüfatı istehsalına mane olan və məhdud şirin su ehtiyatlarını təhdid edən iqlim dəyişikliyi problemi ilə üzləşir: "Burada su qıtlığının 2050-ci ilə qədər daha da pisləşəcəyi, xüsusən də suvarmadan çox asılı olan kənd təsərrüfatına təsir edəcəyi gözlənilir. İqlim böhranında kənd təsərrüfatı aqro-ərzaq sistemlərinin tərkib hissəsini təşkil edir və sudan istifadənin 70-80 %-ni təşkil edir. Kənd təsərrüfatında sudan istifadə aqrar-ərzaq sektorunda ədalətli transformasiya prosesinin bir hissəsi kimi nəzərdən keçirilməlidir. Daşqınlar və quraqlıq kimi su ilə bağlı təhlükələrin yükü qeyri-mütənasib olaraq həssas, kiçik miqyaslı istehsalçıların, xüsusən də aşağı və orta gəlirli ölkələrdə olan istehsalçıların üzərinə düşür".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam