Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Xameneinin qəzetindən Pezeşkiana:Onlarla görüşmə!

Ölkənin islahatçı siyasi cərəyanına mənsub şəxslərin Məsud Pezeşkianın Nyu Yorka səfəri çərçivəsində ABŞ prezidentliyinə namizədlər Kamala Harris və Donald Trampla görüşməsi barədə tövsiyələri alçaldıcıdır və prezident ehtimal olunan bu görüşlərdən imtina etməlidir.

Yenixeber.org xəbər verir ki, bu sözləri Əli Xameneinin ofisinə bağlı "Keyhan" qəzetinin baş redaktoru Hüseyn Şəriətmədari yazıb.

O, ABŞ-ın Qasım Süleymanini öldürməsini, nüvə razılaşması danışıqlarını ləğv etməsini və rəsmi Vaşinqtonun Məsud Pezeşkianın prezident seçilməsini təbrik etməməsini xatırladıb.

“Bütün bunlardan sonra ABŞ prezidentliyinə namizədlərlə görüşmək alçaq hərəkətdir və bunu tövsiyə edənlər İbrahim Rəisinin inqilabi mövqeini ayaq altına atırlar”.

Baş redaktor islahatçı siyasi cərəyan mənsublarını İranı və inqilab dəyərlərini ABŞ-la münasibətlərə qurban etməyə hazır olduqlarını deyib.

Qeyd edək ki, İran Prezidenti Məsud Pezeşkianın BMT-nin illik sammitində iştirak üçün səfəri çərçivəsində Donald Tramp və Kamala Harrislə görüşünün olacağı barədə ehtimallar irəli sürülüb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam