Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Keçmiş hakim Psixiatriya Xəstəxanasına yerləşdirildi-FOTO

 

Xətai Rayon Məhkəməsinin keçmiş hakimi Tamerlan Məmmədov Respublika Psixiatriya Xəstəxanasına göndərilib.

Yenixeber.org xəbər verir ki, sentyabrın 19-da vətəndaş İ. Aslanova Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə müraciət edərək onunla bağlı şikayət edib.

Şikayətçi bildirib ki, Tamerlan Məmmədov (Soyadı Zeynalov olsa da, sonradan Məmmədova dəyişib-red.) onun yaşadığı ünvana gələrək evinə işıq salıb, qəribə səslər çıxarıb, avtomobilinin üzərinə yazılar yazıb və qapısını döyərək narahat edib.

O, polis bölməsinə gətiriləndən sonra da özünü qeyri-adekvat aparıb. Araşdırma zamanı məlum olub ki, həmin şəxs Respublika Psixiatriya Xəstəxanasına dəfələrlə müalicə alıb. Bu səbəbdən də yenidən Respublika Psixiatriya Xəstəxanasına göndərilib.

Qeyd edək ki, Tamerlan Məmmədov (Zeynalov) Xətai Rayon Məhkəməsinin hakimi vəzifəsində çalışıb, daha sonra vəkil kimi fəaliyyət göstərib. 2019-cu ildə o, dələduzluqda və rüşvətə təhrik etmədə təqsirləndirilib, Nəsimi Rayon Məhkəməsinin qərarı ilə məhkəmə zalında həbs edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam