Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

2024-cü ildə tətil üçün dünyanın ən yaxşı ölkə və şəhərləri -SİYAHI

Beynəlxalq turizm agentliyi "Flight Center" bu il ən yüksək reytinqə malik 10 ölkə və şəhəri müəyyən etmək üçün Avstraliya, Yeni Zelandiya, Cənubi Afrika, Kanada və Böyük Britaniyadan olan 170 000-dən çox səyahətçinin cavablarını təhlil edib.

Yenixeber.org xəbər verir ki, yeni araşdırmaya görə, Portuqaliya 94% ümumi məmnunluq dərəcəsi ilə dünyanın ən yaxşı ölkəsi seçilib. Cənubi Sakit okeandakı Kuk Adaları isə 93% məmnuniyyət nisbəti ilə ikinci olub.


2024-cü ildə tətil üçün dünyanın ən yaxşı 10 ölkəsi:

1. Portuqaliya

2. Kuk adaları

3. Avstraliya

4. Yaponiya

5. İspaniya

6. Sinqapur

7. Yunanıstan

8. İrlandiya

9. Türkiyə

10. Vyetnam

Şəhərlərin reytinqində birinci yeri Qərbi Avstraliyanın paytaxtı Pert, ikinci yeri isə Avstraliyanın əks tərəfində yerləşən Kvinslend əyalətinin paytaxtı Brisben tutub. Yeni Zelandiyanın Cənubi Adasının cənub-qərbində yerləşən Kvinstaun üçüncü yerdə qərarlaşıb.

2024-cü ildə tətil üçün dünyanın ən yaxşı 10 şəhəri:

1. Pert (Avstraliya)

2. Brisben (Avstraliya)

3. Kvinstaun (Yeni Zelandiya)

4. Tokio (Yaponiya)

5. Kraystçerç (Yeni Zelandiya)

6. Rarotonqa (Kuk Adaları)

7. Barselona (İspaniya)

8. Melburn (Avstraliya)

9. Roma (İtaliya)

10. Vankuver (Kanada)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam