Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Narinin anası və qardaşı haqda -Həbs qərarı verildi

 

Türkiyənin Diyarbəkir şəhərində qətlə yetirilən 8 yaşlı Narin Güranın cinayəti ilə bağlı 8 nəfər barəsində həbs qərarı verilib.

Yenixeber.org: Bildirilib ki, həbs edilənlər arasında azyaşlının anası Yüksel Güran, 18 yaşlı qardaşı Enes, əmisi Fuat Güran, qohumu Muhammet Kaya, əmisinin yoldaşı Maşallah Güran və qızı Birsen Güran, bibisinin əri Mehmet Şevket Kaya, hadisə ilə bağlı həbs edilən əmisi Sami Güranın işçisi Mehmet Selim Atasoy var.

Qeyd olunub ki, Diyarbakır Ədliyyəsində 25 saatlıq sorğu-sualın ardından şübhəlilər cəzaçəkmə müəssisəsinə göndərilib.

Məlumata görə, anası və qardaşı “Qəsdən adam öldürmədə iştirak” maddəsi ilə həbs edilib.

Qeyd edək ki, Narinin cinayəti ilə bağlı 24 şübhəli saxlanılmışdı.

Xatırladaq ki, azyaşlının qətli ilə bağlı istintaq çərçivəsində saxlanılan atası Arif Güran sərbəst buraxılıb.(Milliyet)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam