Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Polkovnik-leytenanta 8 il yarım həbs verildi-FOTO

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz Rayon Şöbəsinin sabiq rəisi Rahim Ağayevin məhkəməsi başa çatıb.

Yenixeber.org -un məlumatına görə, Bakı Hərbi Məhkəməsində keçirilən sonuncu iclasda hökm elan edilib.

Rafiq Abbasovun sədrlik etdiyi hakim heyəti təqsirləndirilən polkovnik-leytenantı külli miqdarda rüşvət almaqda təqsirli hesab edib.

Törədilən ağır cinayətə münasibətdə Rahim Ağayevə 8 il 6 ay həbs cəzası verilib.

Eks-hərbi komissar cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, R.Ağayev bir il əvvəl Baş Prokurorluqla Mübarizə Baş İdarəsinin keçirdiyi əməliyyatla saxlanılıb. İttihamda deyilir ki, Ağayev çağırışçıların sağlamlıq vəziyyəti ilə bağlı həqiqi hərbi xidmətə yararsız hesab edilməsinə köməklik göstərilməsi müqabilində yaxınlarından rüşvət alıb.(Qafqazinfo)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam