Redaktor seçimi
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
Günün xəbəri

Əli Əhmədovun yerinə bu nazir gətirilir

 

Hökumətin əsas simalarından biri - Baş nazirin müavini Əli Əhmədov yaxın günlərdə tutduğu vəzifə ilə vidalaşacaq. Sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərində namizədliyi hakim Yeni Azərbaycan Partiyası(YAP) tərəfindən irəli sürülən qocaman YAP-çı seçkinin nəticələri rəsmiləşəndən sonra qanunvericiliyin tələbinə uyğun olaraq postunu təhvil verəcək.

Yenixeber.org xəbər verir ki, növbədənkənar parlament seçkilərinin nəticələri Konstitusiya Məhkəməsi tərəfindən təsdiqlənəndən sonra Baş nazirin müavini postuna yeni təyinat olacaq. Hazırda bu vəzifəni tutmağa ən şanslı namizəd Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev sayılır. Hökumətin ən nüfuzlu üzvlərindən biri olan Babayevin hakimiyyət iyerarxiyasında daha da yüksələcəyi gözlənilir.

Qeyd edək ki, Muxtar Babayevi əvəzləyəcək şəxsin kimliyi də məlumdur. İddialara görə, onu birinci müavini Rəşad İsmayılov əvəzləyəcək.

Xatırladaq ki, Rəşad İsmayılov ixtisasca hüquqşünasdır. O, Azərbaycan Respublikası Prezidentinin 15 avqust 2024-cü il tarixli 251 nömrəli Sərəncamı ilə Ekologiya və təbii sərvətlər nazirinin birinci müavini təyin edilib.(Yenisabah)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam