Redaktor seçimi
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
Günün xəbəri

“İrəvanda Azərbaycan tarixi silinir” -VİDEO

 

CBC telekanalında “İrəvanda Azərbaycan tarixi silinir” sənədli filminin premyerası olub.

Yenixeber.org xəbər verir ki, lentdə şəhərin gerçək mənzərəsi əks olunur. İrəvan sakinlərinin dedikləri isə Ermənistan paytaxtında Azərbaycan mədəni irsinin məhvi ilə bağlı faktları aşkara çıxarmağa imkan verir.

Ermənistan ərazisində mövcud olan Azərbaycan mədəniyyətinin mühüm abidələrindən biri - Təpəbaşı məscidinin yerləşdiyi məhəlləyə də xüsusi diqqət yetirilir.

CBC teleradio şirkətinin baş direktoru Vüqar Xəlilov filmin baş prodüseridir. Qərbi Azərbaycan mövzusunda çəkilən bu filmdə də açıq-aydın görünür ki, İrəvandakı jurnalist araşdırması yüksək təhlükəli şəraitində baş tutub, jurnalistlər və çəkiliş qrupunun işi undercover journalism qanunlarına uyğun aparılıb. Çəkiliş qrupu şəhərin küçələrində sorğular apardı. Bu isə sadə İrəvan sakinlərinin vəziyyətlə bağlı nə düşündüklərini və bildiklərini öyrənmək üçün unikal imkan yaratdı”.

Azərbaycanlıların tarixi irsini silmək məqsədilə Ermənistan hakimiyyəti binaları və hətta məhəllələri yerlə yeksan edir. Azərbaycanlıların mədəni irsi haqqında məlumatlar ya gizlədilir, ya da təhrif olunur. CBC telekanalının sənədli filmi Ermənistan hakimiyyətinin öz vətəndaşlarını aldatdığı barədə faktları ortaya qoyur. Bu, müasir meqapolislərdə mədəni müxtəlifliyin qorunub saxlanmasının vacibliyi ilə bağlı qlobal müzakirənin zəruriliyini nümayiş etdirir.

Çəkiliş qrupunun ən təəccüblü kəşflərindən biri isə İrəvan sakinləri arasında Gürcüstanın paytaxtı - Tbilisi şəhərinin guya ermənilər tərəfindən salınmasına dair fikirlərin geniş yayılmasıdır. Bu, tarixi faktların necə təhrif edilməsinin miqyasından xəbər verir.

“İrəvanda Azərbaycan tarixi silinir” filminə aşağıdakı linkdən baxa bilərsiniz:


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam