Redaktor seçimi
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
Günün xəbəri

Məşhur karate ustasının həbsi ilə bağlı -Yeni detallar/FOTO

Bakının Yasamal rayonu ərazisində yerləşən “İnci” tədris mərkəzinin karate müəllimi Tərlan Cavadovun həbsinin detalları üzə çıxıb.

Yenixeber.org-un məlumatına görə, tanınmış idman ustası mərkəzdə idman dərslərində iştirak edən 15-16 yaşlı 3 qızın valideynlərinin şikayəti əsasında həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 153-cü (On altı yaşına çatmayan şəxsə qarşı əxlaqsız hərəkətlər) maddəsi ilə cinayət işi açılıb.

İlkin araşdırmalar zamanı müəyyən edilib ki, Tərlan Kamalpaşa oğlu Cavadov karate dərsi keçdiyi 3 yeniyetmə qızı (2008, 2009, 2009-cu il təvəllüdlü) pornoqrafik məzmunlu videoya baxmağa məcbur edib. Hadisə mərkəzin idman zalında baş verib. Daha sonra qızlar baş verənlər barədə yaxınlarına bildiriblər və polisə müraciət edilib.

Xatırladaq ki, ötən gün T.Cavadova Cinayət Məcəlləsinin 152-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə ittiham irəli sürülməsi barədə məlumatlar yayılmışdı. Lakin bu, təsdiqini tapmayıb.(Qafqazinfo)

Hazırda cinayət işi üzrə araşdırmalar davam etdirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam