Redaktor seçimi
AHİK-də “yenilik” şousu və reallığın acı üzü -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Salyan postunda insident - 2 nəfər saxlanıldı /FOTO

salyan-postunda-insident

Baş DYP İdarəsinin Salyanda yerləşən stasionar postunda “KİA” markalı avtomobil yoxlama-nəzarət qaydasında saxlanılıb.

Yenixeber.org: Sürücüdən sənədlər istənildikdə o, avtomobildən düşərək qaçmağa çalışıb. Lakin YPX əməkdaşlarının sayıqlığı nəticəsində yaxalanıb. Araşdırma zamanı həmin şəxsin Sumqayıt şəhər sakini Orxan Allahverdiyev olması və narkotik vasitənin təsiri altında sükan arxasına əyləşməsi müəyyən edilib.

Faktın araşdırılması zamanı polisin qanuni fəaliyyətinə müdaxilə etməyə cəhd edən O.Allahverdiyevin valideyni övladının hüquqazidd əməllərinə haqq qazandırmağa çalışıb, DYP əməkdaşlarına hədə-qorxu gələrək, müqavimət göstərib.

Hər iki şəxs saxlanılaraq ərazi aidiyyəti üzrə polis orqanına təhvil verilib və toplanan materiallar baxılması üçün məhkəməyə göndərilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam