Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Günün xəbəri

Rüxsarə Əliyevanın bacısı həbs edildi -SƏBƏB

bitmap-img6

Bakı İqtisadiyyat və Humanitar Kollecinin sabiq direktoru Rüxsarə Əliyevanın bacısı Səadət Əliyeva həbs edilib.
Yenixeber.org: Həmin kollecdə laboratoriya müdiri vəzifəsində çalışmış S.Əliyeva avqustun 29-u Naxçıvan MR Şərur Rayon Məhkəməsində qandallanıb. O, Cinayət Məcəlləsinin 178.2.4-cü (Xeyli miqdarda dələduzluq) maddəsi ilə təqsirli bilinib.
Məhkəmənin hökmü ilə Səadət Əliyevaya 2 il 2 ay həbs cəzası verilib.
Bildirilib ki, S.Əliyeva daha əvvəl də dələduzluq əməlində təqsirləndirilib. Lakin 2022-ci ildə məhkəmə ona azadlığın məhdudlaşdırılması cəzası verib və üzərinə elektron qolbaq taxılıb. Lakin daha sonra Naxçıvan Dövlət Universitetinin tələbəsi hüquq-mühafizə orqanlarına müraciət edərək Səadət Əliyevanın ona qarşı da dələduzluq etdiyini bildirib. Bundan sonra S.Əliyevaya yenidən cinayət işi açılıb. Məlum olub ki, o, xanım tələbəni Bakıda İqtisad Universitetinin Beynəlxalq münasibətlər fakültəsinə köçürəcəyini yalandan vəd edərək 8500 manat alıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam