Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

Avropa Liqası: “Qarabağ” “Tottenhem”, “Ayaks” və “Lion”la qarşılaşacaq

 

UEFA Avropa Liqasında Liqa mərhələsinin püşkü atılır.

Yenixeber.org xəbər verir ki, Monakoda keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da start götürüb.

Mərasimdə Azərbaycan təmsilçisi "Qarabağ"ın da rəqiblərinin adına aydınlıq gələcək. Ağdam klubu 3-cü səbətdə yer alıb.

Yarışda ilk dəfə Liqa formatı tətbiq olunacaq və 36 komanda iştirak edir. Yeni format üçün tarixdə ilk dəfə hibrid püşkatma üsulundan istifadə ediləcək. Müvafiq olaraq, püşkdə klublar əl ilə çəkiləcək, daha sonra kompüter nəzarəti ələ alacaq və komandaların 8 rəqibini seçəcək. Püşkatmanın uzun zaman aparmamasına görə belə üsuldan istifadəyə qərar verilib.

36 komandanın hər birinin rəqibi hər səbətdən çıxan 2 komanda olacaq. Yeni formata əsasən hər komanda 8 fərqli rəqiblə 8 matç keçirəcək. Oyunlardan 4-ü evdə, 4-ü səfərdə olacaq.

Yekunda 36 komanda arasında ən çox xal toplayan ilk 8 yeri tutan komanda 1/8 finala yüksələcək. 9-24-cü yeri tutanlar isə 1/8 finalda oynamaq üçün iki matçdan ibarət pley-off qarşılaşmaları keçirəcəklər. 25-36-cı yeri tutanlar isə avrokuboklarda mübarizəni başa vuracaqlar.

"Qarabağ"ın rəqibləri

1-ci səbətdən: "Tottenhem", İngiltərə (səfərdə), "Ayaks" Niderland (evdə)

2-ci səbətdən: "Olimpiakos", Yunanıstan (səfərdə), "Lion" (Fransa) (evdə)

3-cü səbətdən: "Malmö". İsveç (evdə)," Bodo Glimt" Norveç (səfərdə)

4-cü səbətdən: "FCSB", Rumıniya (evdə), "Elfsborq" İsveç (səfərdə)

Oyunların təqvimi avqustun 31-də açıqlanacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam