Naxçıvanda özəl sektordakı əmək müqavilələrinin sayı bu il 73 % artıb
Bu il avqustun 1-nə Naxçıvan Muxtar Respublikasında özəl sektorda 11 056 nəfər əmək müqaviləsi ilə işləyən şəxs olub.
Yenixeber.org xəbər verir ki, bu, ilin əvvəli ilə müqayisədə 73,1 % çoxdur.
Ötən ilin əvvəlindən isə özəl sektordakı əmək müqavilələrinin sayı 3,6 dəfə artıb.