Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Həyat yoldaşını telefon işlətdiyi üçün öldürübmüş... -FOTO

 

Bakıda arvadı 1986-cı il təvəllüdlü Zülfiyyə Xamoyevanı qətlə yetirən 43 yaşlı Qədir Qasımovun məhkəmə prosesi başa çatıb.

Yenixeber.org xəbər verir ki, təqsirləndirilən şəxs 18 il müddətinə azadlıqdan məhrum edilib.

Hadisə keçən ilin noyabrın 2-də paytaxtın Binəqədi rayonu ərazisində baş verib.

Qədir Qasımov məhkəmədə ifadəsində bildirib ki, Zülfiyyə ilə 16 il evli olublar. Qətlə səbəb isə həyat yoldaşının telefon işlətməsi olub:

“Hadisədən 2-3 ay əvvəl Xocasəndə Zülfiyyənin avtobusdan düşüb telefonla danışdığını gördüm. Onun heç vaxt telefonu olmamışdı. Anasıgilə gedəndən telefon işlədirdi. Sonra yenə telefon işlətdiyini gördüm, istədim, vermədi. Qaçıb telefonu anasına verdi. Bir dəfə də metronun yanında Zülfiyyənin telefon işlətdiyini gördüm. Yenə telefonu vermədi. Həyat yoldaşımın qohumlarına Zülfiyyənin gizli telefon işlətdiyini, bu qızın öləcəyini dedim. Sonuncu dəfə də Zülfiyyənin restoranda işləməsi məni lap dəli etdi. Bundan sonra bıçaqla onu qətlə yetirdim”.

Qeyd edək ki, Qədir Qasımov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam