Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

6 yaşlı qız yük maşınının altında keçindi, sürücünü də öldürdülər

 

Türkiyədə 6 yaşlı qız yük maşınının altında əzilərək ölüb.

Yenixeber.org bildirir ki, hadisə Manisa rayonunun Salihli qəsəbəsində tarlada baş verib. 62 yaşlı Şükür Erdem tarlada yük maşınını geriyə doğru hərəkət etdirib. Bu zaman avtomobil ailəsi ilə həmin tarlaya gələn və bir kənarda yatan 6 yaşlı Ayşenur Toprakın üzərindən keçib. Hadisə yerinə gələn təcili tibbi yardım həkimləri qızın öldüyün müəyyən ediblər.

Bundan sonra qızcığazın ailəsi də sürücünü silahla vuraraq yaralayıblar. Xəstəxanaya aparılan sürücünün həyatını xilas etmək mümkün olmayıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Şükür Erdemi öldürən 28 yaşlı C.K. və 34 yaşlı E.K. saxlanılıb.

Araşdırma aparılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam