Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

“Bu səbəblərdən bir neçə həftə sonra dəfn olundu”-VİDEO

 

Mərhum aktrisa Firəngiz Rəhimbəyovanın qızı Reyçel onunla bağlı xatirələrini bölüşüb.

Yenixeber.org xəbər verir ki, o, ABŞ-də yaşayan azərbaycanlı aparıcı Səxavət Nurun “Americano” yutub layihəsində anasının ölümündən 3 həftə sonra dəfn olunmasına aydınlıq gətirib:

“Qəfil ölüm idi deyə sənəd işləri uzun çəkdi. Onun həkimi şəhərdə olmadığı üçün tamamilə başqa xəstəxanada, başqa həkimini iş saatında ölmüşdü. Ölüm sənədini təsdiqləmək, xəstəxanalar arasında sənədləşdirmənin uzanması, dəfn vaxtının uzanmasına səbəb oldu. Həm də heç birimiz bu ölümə hazır deyildik. Onu harada dəfn edəcəyimiz belə bilmirdik. Yaşlı və ya xəstə insan olanda ən azından əvvəlcə bu haqda düşünürsən, amma anamın qəfil ölümü heç ağlımdan belə keçmirdi. Bizim ailəmizdə heç vaxt heç kəs ölməmişdi. Mən şok yaşadım. Qardaş və ya bacım olmadığı üçün bütün yük mənim və həyat yoldaşımın üzərində idi. Nəzərə alanda ki, tamamilə bitmiş vəziyyətdə idim, dəfnlə bağlı bütün məsuliyyət ərimin üzərində idi. Həm də mən daha yaxşı məzarlıqda dəfn olunmasını istəyirdim. Bu səbəblərdən öldüyü gündən bir neçə həftə sonra dəfn olundu. Başqa bir mistik səbəbi yoxdur”. 

Qeyd edək ki, “Bəxt üzüyü” filmində "Sevda" obrazı ilə tanınan F.Rəhimbəyova ilk həyat yoldaşından boşandıqdan sonra 1993-cü ildən qızı Raisa ilə birlikdə ABŞ-nin Los-Anceles şəhərinə köçüb. Qızı adını daha sonra Reyçel olaraq dəyişib. Sənətçi 1999-cu ildə orada amerikalı arxitektor Raymond Antoni ilə ailə həyatı qurub. F.Rəhimbəyova 2022-ci ilin avqustunda ürəktutmadan dünyasını dəyişib. (“Qafqazinfo”)



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam