Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

İnsanları ayağa qalxıb himnimizi dinləməyə vadar etdik

Elnur Məmmədli: İnsanları ayağa qalxıb himnimizi dinləməyə vadar etdik

Qeyd etdiyimiz kimi bu gün Paris 2024 Yay Olimpiya Oyunlarında idmanın cüdo növü üzrə cempiyon olmuş idmançılarımız vətənə qayıdıblar.

Yenixeber.org: 2008 Yay Olimpiya Oyunlarının qızıl medalçısı, Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli də onlarla bərabər vətənə qayıdıb.

Elnur Məmmədli Aərbaycan cüdoçularının çempion olması ilə bağlı öz təəssüratlarını jurnalistlərlə bölüşüb.

“İlk öncə hamınıza təşəkkür edirəm ki, əziyyət çəkib gəlmisiniz. Doğurdan da Yay Olimpiya Oyunları bizim üçün ən böyük yarışlardan biri olur. Bizim Hidayət Heydərov və Zelim Kotsoyev də layiqincə güləşdilər. Ən böyük xoşbəxtlik isə odur ki, Fransanın paytaxtı Parisdə insanları ayağa qalxıb himnimizi dinləməyə , bayrağımıza diqqət yetirməyə vadar etdik. Doğrudan da bu böyük uğur və böyük nəticədir ki, tarixdə ilk dəfə olaraq Yay Olimpiya Oyunlarında cüdodan iki qəzıl medalımız var. Bu böyük uğurun da arxasında təbii ki, Gənclər və İdman Nazirliyi, Cüdo Federasiyası, məşqçilər var. Hər kəs çiyin-çiyinə verib və bu uğuru əldə edib. Yenə də başqa cənab prezidentimiz İlham Əliyev və Birinci vitse-prezidentimiz Mehriban Əliyeva olmaqla dövlətimizi, Azərbaycan xalqını təbrik edirəm. Yenə də deyirəm bizim üçün Fransada himnimizi səsləndirmək, bayrağımızı qaldırmaq çox vacib və məsuliyyət idi.”, - deyə o bildirib.(Apa)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam