Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Boyan Kumer: "Sloveniya qarşıdan gələn qış üçün Azərbaycan qazı hesabına öz təhlükəsizliyini təmin edib"

Azərbaycan Sloveniyaya qaz tədarükünü şaxələndirmək üçün əlavə imkana çevrilib.

Yenixeber.org-un məlumatına görə, bunu Sloveniyanın ətraf mühit, iqlim və energetika naziri Boyan Kumer Lyublyanada Azərbaycan qazının tədarükü ilə bağlı Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə bağlanmış müqaviləni şərh edərkən deyib.

“İnanıram ki, bu və sonrakı sazişlər təkcə iki şirkət arasında deyil, həm də iki ölkə arasında uzunmüddətli uğurlu əməkdaşlığa gətirib çıxaracaq”, - B. Kumer bildirib.

O qeyd edib ki, Sloveniya təbii qaz təchizatı marşrutlarını şaxələndirməyə davam edir. “Bunun sayəsində biz sözün həqiqi mənasında Sloveniyanı qarşıdan gələn qış üçün xilas etdik və təhlükəsiz şəkildə təbii qazla təmin etdik”, - o bildirib.

Nazir vurğulayıb ki, Azərbaycan Avropa İttifaqının daha vacib strateji təchizatçısı kimi Sloveniyaya qaz tədarükünün şaxələndirilməsi üçün əlavə imkan yaradır.

B. Kumer onu da qeyd edib ki, iyulun 17-də Bakıya səfəri zamanı Azərbaycanın energetika naziri Pərviz Şahbazov ilə iki ölkənin şirkətləri arasında digər sahələrdə əməkdaşlıq imkanları üçün səy göstərmək barədə razılıq əldə olunub: “Biz hidrogen, süni intellektdən tutmuş bərpa olunan enerjiyə qədər yeni əməkdaşlıq sahələrini müəyyən etdik”, – o əlavə edib.

SOCAR avqustun 1-dən Sloveniyaya qaz təchizatına başlayıb. Tədarük cari ilin iyulun 17-də SOCAR ilə Sloveniyanın təbii qaz bazarındakı ən iri şirkəti olan “Geoplin” arasında qaz təchizatı sahəsində əməkdaşlığın genişləndirilməsinə dair imzalanmış Anlaşma Memorandumu əsasında həyata keçirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam