Redaktor seçimi
Cavid Qurbanovun əmisi oğlu niyə ölkədən qaçıb?! -
Gəncə şəhər stadionunun tikintisi mərhum nazirin oğlunun iş ortağına tapşırılıb -
Ağsuda dövlətin pulu küçələrin işıqlandırılması adı ilə “qaranlığa qərq olur” –
“Samur” Gömrük Terminalındakı Rüfət Qəhrəmanov kimdi? — Şahin Bağırovun adamı yoxsa… /
Bakı Dövlət Universitetində korrupsiya faktları aşkarlandı -
Sahil Babayevin gücü qarşısında Qanunlarımız və İcra Mexanizmi aciz qalıb -
Qusarçay Saleh Məmmədovun Daş Karxanasında belə “buxarlanır” –
Məzahir Pənahov dövlətin pulunu necə xərcləyir?:
Günün xəbəri

Tələbə kreditləri üçün müraciət etmək istəyənlərin nəzərinə!

2024-2025-ci tədris ilinin payız semestri üzrə təhsil tələbə kreditlərinə müraciətlərin qəbuluna iyulun 9-da start veriləcək.

Yenixeber.org xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi yanında Təhsil Tələbə Krediti Fondu məlumat yayıb.

Bildirilib ki, tələbələr sözügedən tarixindən başlayaraq portala daxil olaraq təhsil tələbə kreditindən yararlana bilərlər.

Qeyd edilib ki, Azərbaycanda rəsmi olaraq fəaliyyət göstərən dövlət və özəl təhsil müəssisələrində ali təhsil pilləsinin bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura (rezidentura), orta ixtisas təhsili pilləsində və peşə təhsili pilləsinin texniki peşə və yüksək texniki peşə təhsili səviyyələrində, normativ təhsil müddətində əyani təhsil alan və əvvəlki semestrin nəticələri üzrə akademik borcu olmayan Azərbaycan vətəndaşları təhsil tələbə kreditinə müraciət edə bilərlər.

Xatırladılıb ki, Dövlət İmtahan Mərkəzi tərəfindən 2024/2025-ci tədris ili üçün keçirilən müsabiqənin nəticələrinə əsasən ali təhsil pilləsinin magistratura təhsil səviyyəsinə qəbul olunmuş şəxslər portal.edu.az vasitəsilə təhsil müəssisəsində tələbə qeydiyyatı prosesini həyata keçirən zaman paralel olaraq təhsil tələbə kreditinə də müraciət edə biləcəklər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam