Türkiyədə FETÖ-yə qarşı əməliyyat -108 nəfər saxlanıldı
Türkiyənin 29 rayonunda Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı əməliyyat keçirilib.
Yenixeber.org xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya “X” hesabında paylaşım edib.
O, terrorla əlaqəsi olduğu bildirilən 108 şübhəlinin saxlanıldığını açıqlayıb.