Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

EAPCA: Fransanın Ermənistana “Caesar” qurğularını verməsi Azərbaycana qarşı təxribatdır

 

Avro-Atlantik Azərbaycanlılar Tərəfdaşlıq Şurası ( EAPCA) Fransanın Ermənistana öldürücü silahların satışına qarşı çıxış edərək bəyanat imzalayıb.

Yenixeber.org xəbər verir ki, qurumun baş katibi Sahil Qasımovun imzaladığı sənəddə qeyd olunur ki, Fransa Cənubi Qafqazda aqressiv siyasət yeridir və Ermənistanı Azərbaycana qarşı revanşizmə, müharibəyə təhrik edir:

“Avro-Atlantik coğrafiyasında fəaliyyət göstərən beynəlxalq transmilli lobbi strukturu olan Avro-Atlantik Azərbaycan Tərəfdaşlıq Şurası Fransanın Cənubi Qafqazdakı çirkin siyasətinin beynəlxalq konvensiyalara zidd olduğunu bəyan edir”.

EAPCA-da hesab edirlər ki, Fransanın qanlı hərbi təcavüz təcrübəsi olan Ermənistana hücum və öldürücü silahlar verməsi, Ermənistanla Fransa arasında hərbi əməkdaşlıq sahəsinin genişlənməsi yeni müharibənin başlanmasını qaçılmaz edir.

Bəyanatda qeyd olunub ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddə, xüsusən də Naxçıvan istiqamətində atəşkəsi pozması birmənalı olaraq Fransanın Ermənistana göstərdiyi hərbi-texniki dəstəyin nəticəsidir:

“Azərbaycanlıların Avro-Atlantik Tərəfdaşlıq Şurası Fransa ilə Ermənistan arasında “Caesar” özüyeriyən artilleriya qurğularının alqı-satqısına dair müqavilənin imzalanmasını qətiyyətlə pisləyir və bunu Fransanın Azərbaycana qarşı növbəti təxribatı hesab edir. Bu cür hallar Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinə, eləcə də regionda sülh və əmin-amanlığın bərqərar olması səylərinə xələl gətirmək məqsədi daşıyır”.(Report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam