Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Əhmədin xalası hüquqi varis olmaq istəyir -YENİLƏNİB/FOTO

 

İkisi azyaşlı olmaqla, ailəsinin beş üzvünü amansızlıqla öldürməkdə ittiham olunan Əhməd Əhmədovun məhkəməsi başlayır.

Yenixeber.org-un məlumatına görə, ilin ən dəhşətli cinayəti Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə araşdırılır.

İş üzrə hazırlıq iclası keçirilir, yəni işə mahiyyəti üzrə baxılmır. Məhkəmə Əhmədin anket məlumatları ilə tanış olur, ilkin dinləmələr keçirilir.

İclas bir qədər sonra başlayacaq.

***

Əhməd Əhmədovun məhkəməsi başlayıb.

İclasda müttəhim Əhməd Əhmədov və digər proses iştirakçıları məhkəmə zalında hazır olublar.

Hakim Səbinə Məmmədzadə Əhmədin şəxsi məlumatlarını elan edib. Əhməd məhkəmə qərarı ilə anlaqsız hesab edildiyindən icra hakimiyyətindən ona qanuni nümayəndə təyin edilib. Hazırkı mərhələdə tərəflər tərəfindən heç bir vəsatət qaldırılmayıb.

***

Əhməd Əhmədovun xalası məhkəmədə yüksək səslə etiraz edib.

O, hüquqi varis qismində tanınmamasından narazıdır. Hakim xanımı zaldan çıxarıb, prosesə bir neçə dəqiqəlik fasilə verilib. Fasilədən sonra tərəflərin razılığı ilə iş baxışa təyin edilib.

İlk baxış iclası iyulun 4-ü keçiriləcək.

Qeyd edək ki, Ə.Əhmədov valideynlərini, 9 yaşlı qardaşını, bacısını və onun azyaşlı qızını xüsusi amansızlıqla öldürməkdə ittiham olunur. Ekspert rəyləri ilə onun hadisə törədərkən anlaqsız vəziyyətdə olduğu təsdiq edilib.

Prokuror Əhməd barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqi məsələsinə baxılması üçün məhkəməyə qərar göndərib. Məhkəmə də eyni qənaətə gələrsə, Əhməd cinayət məsuliyyətindən azad ediləcək, məcburi müalicəyə göndəriləcək.(Qafqazinfo)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam