Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bakıda silahlı insident zamanı həlak olan polislər dəfn edilib -YENİLƏNİB / FOTOLAR

Axtarışda olan şəxsin saxlanılması üçün Bakının Xəzər rayonu Şüvəlan qəsəbəsində keçirilən əməliyyat zamanı həlak olan polis serjantı Mirəli Heydərovla Kürdəmirdə keçirilən vida mərasimi başa çatıb.

Yenixeber.org xəbər verir ki, polis əməkdaşı Kürdəmir rayonunun Cəyli kənd qəbiristanlığında dəfn edilib.

Dəfn mərasimində M.Heydərovun doğmaları, Kürdəmir Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, bu gün həlak olan digər polis əməkdaşları – kapitan Eldəniz Məmmədov Bakıxanov qəsəbə qəbiristanlığında, serjant Mahir Ağayev isə Binə qəsəbə qəbiristanlığında dəfn olunub.

***

Axtarışda olan şəxsin saxlanılması üçün Bakının Xəzər rayonu Şüvəlan qəsəbəsində keçirilən əməliyyat zamanı həlak olan polis serjantı Mirəli Heydərovun cənazəsi Kürdəmir rayonuna gətirilib.

hazırda Kürdəmir rayonunun Cəyli kəndində Mirəli Heydərovla vida mərasimi keçirilir.

M.Heydərov Cəyli kənd qəbiristanlığında dəfn ediləcək.

Mirəli Füzuli oğlu Heydərov 1996-cı ildə Kürdəmir rayonunun Cəyli kəndində anadan olub. 2020-ci ildən etibarən, Daxili İşlər Nazirliyi (DİN) Çevik Polis Alayında xidmət edib. Subay idi.

Xatırladaq ki, iyunun 24-də Bakının Xəzər rayonunun Şüvəlan qəsəbəsində əvvəllər dəfələrlə məhkum olunmuş, axtarışda olan 1986-cı il təvəllüdlü Allahverdiyev Rövşən Oqtay oğlunun saxlanılması üçün keçirilən əməliyyat zamanı polis kapitanı Eldəniz Məmmədov, polis serjantı Mahir Ağayev və polis serjantı Mirəli Heydərov həlak olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam