Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

İranda prezidentliyə namizədlərlə bağlı sorğu açıqlandı -Cəlili öndə

 

İranda iyunun 28-də keçiriləcək növbədənkənar prezident seçkilər ərəfəsində keçirilən sorğunun nəticələri açıqlanıb.

Yenixeber.org xəbər verir ki, Press TV-nin dərc etdiyi sorğunun nəticələrində Səid Cəlili önə çıxıb. O, 22,5% faiz səslə digər prezidentliyə namizədləri qabaqlayıb.

Parlamentin spikeri Məhəmməd Baqir Qalibaf 19,5%, Məsud Pezeşkian 19,4% səslə növbəti yerlərdə gəlirlər.

Əmirhüseyn Qazizadə Haşimiyə respondentlərin 2,7 faizi səs verib.

Tehran meri Əlireza Zakani 2,2%, keçmiş daxili işlər və ədliyyə naziri Mustafa Purməhəmmədi 0,9% səslə siyahının sonunda qərarlaşıb.

İyunun 18, 19 və 20-də keçirilən sorğuya Tehran, müxtəlif əyalətlər, əyalət paytaxtları və seçilmiş kəndlərdən olan respondentlər daxil olub.

İranın Konstitusiya Keşikçiləri Şurası (12 üzvü var) iyunun 28-də keçiriləcək prezident seçkilərində 6 namizədin iştirakına icazə verib:

Mustafa Purməhəmmədi - prokuror və keçmiş ədliyyə naziri;

Məsud Pezeşkian - parlamentin deputatı, keçmiş səhiyyə naziri;

Əlirza Zakani - Tehran meri;

Səid Cəlili - İran ali rəhbərinin Təhlükəsizlik Şurasındakı nümayəndəsi;

Məhəmməd Baqir Qalibaf - parlamentin hazırkı sədri;

Seyid Əmir Hüseyin Qazizadə Haşimi - parlament sədrinin keçmiş müavini.

İranda növbədənkənar prezident seçkiləri iyunun 28-nə planlaşdırılıb.

Namizədlərdən heç biri lazımi miqdarda səs yığa bilməsə, iyulun 5-də ən çox səs toplayan iki namizədin iştirakı ilə seçkilərin ikinci turu keçiriləcək.

İran qanunvericiliyinə əsasən, prezident birbaşa ümumi səsvermə yolu ilə dörd il müddətinə seçilir. Eyni şəxs ardıcıl iki müddətdən çox dövlət başçısı seçilə bilməz. Prezident postuna namizəd olmaq istəyən şəxs 40-75 yaşlarında, dövlət qurumlarında rəhbər vəzifələrdə iş təcrübəsinə malik İran vətəndaşı olmalıdır.

Mayın 19-da İranın şimalındakı Şərqi Azərbaycan əyalətində göyərtəsində ölkə prezidenti İbrahim Rəisinin və xarici işlər naziri Hüseyn Əmir Abdullahianın olduğu helikopter qəzaya uğrayıb. Helikopterdə olan 9 nəfərin hamısı həlak olub. Bu səbəbdən də növbədənkənar prezident seçkiləri gündəmə gəlib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam