Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

FHN və ETSN güclü küləklə bağlı əhaliyə xəbərdarlıq edib

 

Azərbaycanın bəzi rayonlarında gözlənilən güclü küləkli hava şəraiti ilə bağlı Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər nazirlikləri əhaliyə müraciət edib.

Yenixeber.org un məlumatına görə, hər iki nazirlik əhalini gözlənilən güclü küləkli hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb, riayət olunmalı mühüm təhlükəsizlik tədbirlərini daha xatırladıb:

"İlk növbədə uşaqları küləkli havada nəzarətsiz buraxmayın, nəqliyyat vasitələrini irigövdəli ağacların altında saxlamayın, yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durun, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmayın. Güclü külək hətta sağlam, irigövdəli ağacların aşmasına, budaqlarının sınmasına səbəb ola bilər. Güclü küləklə müşayiət olunan hava şəraitinin fəsadlarından qorunmaq üçün ehtiyatlı olub, qabaqlayıcı təhlükəsizlik tədbirlərinə əməl etmək olduqca vacibdir və vətəndaşlarımızı bir daha maksimum dərəcədə diqqətli olmağa çağırırıq", - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, iyunun 21-22-də ölkənin bəzi rayonlarında gözlənilən güclü küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən sarı, narıncı və qırmızı xəbərdarlıq edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam