Redaktor seçimi
QARALOV VƏ USUBOVUN “YARIGİZLİ” HƏYATI... -
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
Günün xəbəri

Polkovnikin hərbçi oğlu həbs edildi

 

Müdafiə Nazirliyinin Quru Qoşunlarının İnspeksiya İdarəsinin sabiq rəisi polkovnik Saleh Kələntərovun oğlu Rəşid Kələntərov həbs edilib.

Yenixeber.org xəbər verir ki, barəsində Respublika Hərbi Prokurorluğunun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 178.2.3-ci (Rüşvət alma və dələduzluq) maddələri ilə cinayət işi açılan R.Kələntərov Bakı Hərbi Məhkəməsinin qərarı ilə həbs edilib.

Onun barəsində istintaq müddəti üçün 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Bildirilir ki, hərbi hissələrdən birində zabit kimi işləyən Rəşid Kələntərovun atasının vəzifəsindən və mövqeyindən istifadə edərək hərbi qulluqçuların, əsgərlərin rüşvət müqabilində xidməti yerlərinin dəyişdirilməsinə yol verməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Hazırda istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, Rəşid Kələntərovun həbsi barədə ilk məlumatı Bizim.media saytı yayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam