Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Əhmədin işini bu hakim araşdıracaq

Xəbər verdiyimiz kimi, ikisi uşaq olmaqla beş ailə üzvünü qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədovun cinayət işi üzrə ibtidai istintaq tamamlanıb. İş üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Yenixeber.org-un məlumatına görə, cinayətin ağırlığına görə cəmiyyətdə geniş müzakirə mövzusuna çevrilən iş hakim Səbinə Məmmədzadənin sədrliyi ilə araşdırılacaq. 

Səbinə Məmmədzadə iki il əvvəl hakim təyin edilib. Xanım hakim fəaliyyəti ərzində ictimaiyyətin diqqət mərkəzində olan bir neçə cinayət işi üzrə hökm çıxarıb. 

Qeyd edək ki, 25 yaşlı Əhməd Əhmədov valideynlərini, 9 yaşlı qardaşını, bacısını və onun azyaşlı qızını xüsusi amansızlıqla öldürməkdə ittiham olunur. Ekspert rəyləri ilə onun hadisə törədərkən anlaqsız vəziyyətdə olduğu təsdiq edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam