Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

Özünü yandıran qazimiz dünyasını dəyişdi

Daşkəsəndə üzərinə benzin tökərək yandıran qazi Ədalət İsmayılov Bakıda xəstəxanada dünyasını dəyişib.

Yenixeber.org xəbər verir ki, 28 yaşlı Daşkəsən rayon sakini bu gecə paytaxda müalicə aldığı xəstəxanada vəfat edib.

Qeyd edək ki, Ədalət İsmayılov Daşkəsəndə üzərinə benzin tökərək özünə od vurub. Yaxınlıqdakı şəxslər tərəfindən yanğın söndürülüb.

Xatırladaq ki, Ə.İsmayılov barəsində məhkəmə qərarı ilə 60 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq edilib. Onun inzibati məsuliyyətə cəlb edilməsinin əsassızlığı ilə bağlı müraciətləri aidiyyəti üzrə araşdırılıb və təsdiqini tapmadığından qərar qüvvədə saxlanılıb.

Ə.İsmayılovla çoxsaylı izahedici söhbətlər aparılmasına baxmayaraq, onun qeydiyyatda olduğu Daşkəsən rayonunda və yaşadığı Gəncə şəhərində özünə aid olmayan nəqliyyat vasitələri ilə sərxoş vəziyyətdə avtoxuliqanlıq hərəkətləri etməsi ilə bağlı dəfələrlə tədbirlər görülüb.(Unikal)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam