Redaktor seçimi
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Günün xəbəri

Bakı Enerji Forumunun ikinci günü başladı

Bakı Enerji Forumunun ikinci günü başlayıb.

Yenixeber.org xəbər verir ki, forumun ikinci günündə keçiriləcək panel müzakirələrində "Qaz dialoqu: Enerji böhranı zamanı qaz təchizatının rolu", "Xəzər regionunda kəşfiyyat və hasilat imkanları", "Neft axınları: Kross-logistika və Azərbaycanda infrastrukturun inkişafı", "Uğurlu enerji keçidində insan kapitalının rolu" və "Yaşıl gündəliyin imkanlarının genişləndirilməsi: Yaşıl planetin tərəqqisinə nail olmaq üçün strategiyalar və COP29" kimi mövzular müzakirə olunacaq.

Qeyd edək ki, 5 və 6 iyun tarixlərində Bakı Enerji Həftəsi çərçivəsində ekoloji konsepsiyaya əsasən inşa edilmiş Bakı Konqres Mərkəzində Xəzər regionunun enerji sahəsindəki ən mühüm tədbirlərindən biri - 29-cu Bakı Enerji Forumu keçirilir.

Bakı Enerji Forumu Azərbaycan Respublikası Energetika Nazirliyinin dəstəyi ilə keçirilir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) isə tədbirin əsas tərəfdaşıdır. Forum ilk dəfədir ki, OPEC-in dəstəyi ilə keçirilir.

Forumda 600-dən çox nümayəndə iştirak edir. Forumda Azərbaycanla yanaşı, Avstraliya, Avstriya, Belarus, Belçika, Bolqarıstan, Böyük Britaniya, Macarıstan, Gürcüstan, İsrail, Hindistan, İtaliya, Qazaxıstan, Qətər, Çin, Latviya, Monako, Niderland, Norveç, BƏƏ, Rusiya, Rumıniya, Səudiyyə Ərəbistanı, Sloveniya, ABŞ, Özbəkistan, Ukrayna, Finlandiya, Fransa, Çexiya, İsveçrə, İsveç və Yaponiya da iştirak edəcək. Bu il forumun proqramına rekord sayda (81) məruzəçi daxildir.

Forumun gündəliyinə həm Azərbaycan, həm də bütün Xəzər regionu üçün vacib olan enerji məsələləri daxil ediləcək. Gündəlikdəki əsas məsələlər enerji təhlükəsizliyi, enerji keçidi və "yaşıl" enerji layihələrinin nəzərdən keçirilməsi və maliyyələşdirilməsi ilə bağlıdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam