Bağdaddakı ən hündür binalardan birində Azərbaycan bayrağı əks olunub-FOTO
28 May - Müstəqillik Günü münasibətilə İraqın paytaxtı Bağdadda ən hündür binalardan birinin üzərində Azərbaycan bayrağı proyeksiya olunub,
Yenixeber.org-un məlumatına görə, Azərbaycanın İraqdakı səfiri Nəsir Məmmədov "X" hesabında bu barədə paylaşım edib.
"Azərbaycan Respublikasının milli bayramı, 28 May - Müstəqillik Günü münasibətilə Bağdadın ən hündür binalarından birində dövlət bayrağımız işıqlandırılıb. Təşəkkürlər İraq!", - deyə, səfirin paylaşımında qeyd olunub.









AZ
RU