Redaktor seçimi
Vətəndaşın 3 qəpiyinə göz dikən Aydın Talibovun deputatlıq arzuları… -
Əmlak Komitəsində Eldəniz Qafarov kabusu:
Naxçıvanın mühafizəçiləri belə oliqarx olan Baş naziri: Ceyhun Cəlilov kimin kadrıdır? –
Emil Alxaslını kim və niyə qoruyur? - “SOCAR Downstream Management” şirkətinin etdiyi özbaşınalıqlara “dur” deyən olacaq?-
“Azərdövlətlayihə” DBL İnstitutunun direktoru öz şirkətini “tender çempionu” etdirir? -
Baba Rzayevin köhnə dostu Baxış Babayevlə işbirliyinin arxasında nələr durur? -
Ağalar Vəliyevin “Kristal Abşeron”u və qalmaqallı tarixçəsi -
Ramin Abdullayev hələ də cəzasız qalıb: Yuxarı instansiyalar cəza tədbiri görə bilmir? -
Günün xəbəri

Bakıda dörd orta məktəbdə nöqsanlar aşkarlanıb, direktor müavininin oğlunun gözətçi işlədiyi məlum olub

 

Paytaxtın 39, 182, 153 və 151 saylı tam orta məktəblərində aparılan yoxlamalar zamanı bir sıra nöqsanlar aşkarlanıb və sözügedən təhsil müəssisələrinin direktorları, direktor müavinlərinə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

Yenixeber.org xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi açıqlama yayıb.

Bildirilib ki, 39 nömrəli tam orta məktəbdə bəzi dərnəklərin tədris olunmadığı, kiçik xidmətedici işçilərin işə davamiyyətinin zəif olduğu, təsərrüfat işləri üzrə direktor müavininin oğlunun tabeliyində gözətçi vəzifəsində çalışdığı müəyyən edilib. Eyni zamanda sənədləşmə işlərində və dərsə davamiyyətdə nöqsanlar aşkarlanıb, təhsil müəssisəsinin direktoruna sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

182 nömrəli tam orta məktəbdə aparılan yoxlama zamanı dərnəklərin düzgün tərtib olunmadığı, məktəbdə repetitor fəaliyyətinin həyata keçirildiyi müəyyən edilib. Bununla yanaşı, sənədləşmə işlərində nöqsanlar aşkarlanıb, təhsil müəssisəsinin direktoruna sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

153 nömrəli tam orta məktəbdə şagird davamiyyətinin zəif olduğu, dərslərin tədris olunmasında nöqsanlar olduğu, məktəbə dalandar təyin edilmiş işçinin, ümumiyyətlə, iş yerində heç vaxt olmadığı, kiçik xidmətedici işçilərin öz vəzifə funksiyalarını yerinə yetirmədiyi müəyyən edilib. Eyni zamanda məktəbin şagirdinin ölkə xaricində olmasına baxmayaraq qiymətləndirmə aparıldığı, bəzi şagirdlərin həftənin müəyyən günlərində dərslərdə iştirak etmədikləri halda, fənn müəllimləri tərəfindən formal olaraq qiymətləndirildikləri aşkar edilib, təhsil müəssisəsinin direktoruna sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

151 nömrəli tam orta məktəbdə dərnək və dərsdənkənar məşğələlərin tədris olunmadığı, uzun müddət dərsdə olmayan muəllimlərin əvəzinə jurnalda qeydlər aparıldığı, həmçinin tədris olunmalı olan dərslərin, dərsdənkənar məşğələlərin tədris olunmadığı, şagird davamiyyətinin zəif olduğu aşkarlanıb. Təhsil müəssisəsinin təlim-tərbiyə işləri üzrə direktor müavininə, eyni zamanda məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısına sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

Qeyd edək ki, ümumi təhsil müəssisələrində yoxlamalar davam etdirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam