Gerasimov fəaliyyətini davam etdirəcək
Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov bu vəzifədə xidmətini davam etdirəcək.
Yenixeber.org: Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
“Hərbi komponentə gəldikdə (Rusiya Müdafiə Nazirliyinin fəaliyyəti - red), bu təyinat (Andrey Belousovun müdafiə naziri təyinat edilməsi – red.) heç bir şəkildə ordunun mövcud koordinat sistemini dəyişməyəcək. Hərbi komponent həmişə Baş Qərargah rəisinin səlahiyyətində olub. O, fəaliyyətini davam etdirəcək, hazırda bununla bağlı heç bir dəyişiklik nəzərdə tutulmur”, - Kreml nümayəndəsi bildirib.