Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Nərimanov Tibb Mərkəzinin direktoru cəzalandırıldı -SƏBƏB

Direktor cərrahı işdən çıxardı, cəzalandırıldı
Nərimanov Tibb Mərkəzinin ümumi cərrahı, tibb üzrə fəlsəfə doktoru Anar Mehdiyev işdən çıxarılıb.

Yenixeber.org: Bununla bağlı Mərkəzin direktoru Fazil Alməmmədov əmr imzalayıb.

A.Mehdiyev isə işdən haqsız yerə çıxarıldığını bildirib və buna görə də məhkəməyə müraciət edib. O, tibb müəssisəsinə qarşı qaldırdığı iddiada işə bərpa olunması və əməkhaqqı tələbini irəli sürüb. Nərimanov Rayon Məhkəməsi həkimin xeyrinə qərar çıxarıb.

Həkim A.Mehdiyev saytımıza açıqlamasında işdən çıxarılmasının səbəblərindən danışıb. Onun sözlərinə görə, buna Anım Günü Şəhidlər xiyabanını ziyarət etdiyi üçün işə bir saat gecikməyi səbəb olub:

“Baxmayaraq ki, bu tarixdə biz işləmirdik. Çünki Nərimanov Tibb Mərkəzi təmirə bağlanmışdı. Dövlətimiz və məhkəmə var olsun ki, mənim xeyrimə qərar verdilər. Məhkəmədə direktorun Əmək Məcəlləsini kobud şəkildə pozduğu sübuta yetirilib. Çünki direktor Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə mənim müqaviləmə xitam verib”.

Həkimin əsassız yerə işdən çıxarıldığına görə Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən direktora cərimə protokolu tərtib olunub. Məhkəmənin qərarına əsasən, F.Alməmmədov 1500 manat məbləğində cərimələnib.

Amma Nərimanov Rayon Məhkəməsinin qərarından narazı qalan direktor Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. İş hazırda Bakı Apellyasiya Məhkəməsində hakim Fuad Talışınskinin sədrliyi ilə araşdırılır.

Qeyd edək ki, tibb elmləri namizədi alimlik dərəcəsini alan A.Mehdiyev Almaniyada və Türkiyədə təkmilləşmə kursu keçib.(iqtisadiyyat.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam