“Müsavat namizədlərini geri çəkə bilməz”
Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında seçkilərlə əlaqədar quruma daxil olmuş müraciətlərə baxılıb.
"Xeberinfo.com": Məlumata görə, MSK sədrinin müavini Natiq Məmmədov bildirib ki, Müsavat Partiyası MSK-ya yazılı müraciət edərək seçkilərdə iştirakını dayandırdığı üçün namizədlərinə ərizələrinin qəbul edilməsi üçün DSK-lara göstəriş verməsini xahiş edib. Müraciətlərində bildirilib ki, seçkilərdə iştirak etməkdən imtina edib. Xahiş edib ki, seçkilər 4 aydan sonraya təxirə salınsın. MSK dairələrə göstəriş versin ki, namizədlikdən imtina etməyi kömək etsinlər. İstənilən şəxsin seçkini dayandırmağı hüququ hesab edilə bilər. Seçki qanunvericiliyinə görə isə, dörd ay müddətində təxirə salmaq mümkün deyil. Məcəllənin 149. 1 və 2 maddələrində göstərilir ki, iki və üç ay müddətə təxirə salmaq mümkündür. Partiya hesab edir ki, namizədlərinin geri çəkilməsi mümkün olarsa alternativlik yaranar.
Qeyd edim ki, seçkilərdə iştirakdan imtinadan səsvermə gününə on gününə qalmışa kimi istifadə edilə bilər. 10 gündən az müddət qalarsa, buna imkan verilmir. Buradan aydın görünür ki, Müsavat Partiyasına namizədlərinin geri çəkilməsi imkanı verilə bilməz. Bu istiqamətdə Müsavat Partiyasının gəldiyi nəticələrin heç biri qanunvericiliyin tələblərinə cavab vermir. Hesab edirəm ki, bu qərar partiyanın seçkilərdə iştirak arzusu hüququnun reallaşması deyil, bu, seçkilərdə iştirak edənlərin anlaşılmazlıq yaradılmasına xidmət edir:
"Seçkilərdən geri çəkilmiş namizədlər bülletenlərdə adları varsa, bu seçicini çaşdırmaq üçün bir qayda olur. Kabində bunun üçün məlumat yerləşdirilir. Geri çəkilmək mümkün deyil, amma belə bir iradə var. Bu müraciətin mənası hüquqi olmayan dəyərlərə söykənir. Bu seçicilərin çaşdırılması, məlumat mürəkkəbliyinə sövq edir. Müraciətlərində seçkilərə aid olan məsələ həddindən artıq azdır. Seçki prosesinin qiymətləndirilməsində mənfi meyar kimi ortaya qoyulmuş müraciətdir. Biz çalışmışıq ki, namizədlərlə bağlı məlumatlar vaxtında verilsin. Müsavat Partiyasının mövqeyi odur ki, bu partiyanıln namizədlərinə ayrı-seçkiliyə yer verilib. Amma nəticə odur ki, qətiyyən ayrı seçkilikdən söhbət gedə bilməz. Müraciətə hüquqi qiyməti odur ki, onun əsası yoxdur və təmin edilə bilməz”.
MSK sədri Məzahir Pənahov bildirib ki, kim istəyir gedib ərizə yazsın: “Bu təmin olunması mümkün olmayan bir müraciətdir. İlk baxışdan sadə görünə bilər. Geri çağırma partiyanın səlahiyyətindədir. Bəlkə kimsə namizədliyini geri götürmək istəmir, o zaman nə olacaq?”
MSK katibi Mikayıl Rəhimov bildirib ki, MSK nə namizəd geri ala, nə də onu qeydə ala bilər: “Bu proseduru DSK-lar aparır. Bunu da partiyada çox yaxşı bilirlər. Bu ölkədə seçkiqabağı çaşqınlıq yaratmağa xidmət edir. Bilirlər ki, hüquqazidd müraciətin təmini mümkün deyil. Amma biz bunu ictimaiyyətə çatdırmalıyıq ki, onlar qanunvericiliyin tələblərini pozurlar. Müsavat Partiyası indiyə kimi keçirdiyi hərəkətlərdə qanuna zidd hərəkətlərlə qarşılaşmayıb. Bu sırf kənardan müdaxilə ilə verilmiş qərardır”