Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İsa Qəmbərin ərizəsi qəbul edilmədi

isaqemberesas6

 

Müsavat Partiyasının lideri İsa Qəmbərin noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə iştirakdan imtina etməsi ilə bağlı ərizə qəbul edilməyib.
Xeberinfo.com:   Məlumata görə, bunu AzNews.az-a açıqlamasında 15 saylı Yasamal birinci seçki dairəsinin sədri Sərdar Süleymanov deyib.
Onun sözlərinə görə, İsa Qəmbərin bu vaxtı namizədliyini geri götürməsi Seçki Məcəlləsinə uyğun deyil: “Oktyabrın 28-də İsa Qəmbərin səlahiyyətli nümayəndəsi ərizə ilə onun seçkidə iştirakdan imtina etməsi ilə bağlı bizə müraciət edib. Biz də bu gün dairədə müzakirələr apardıqdan sonra onun namizədliyinin geri götürməsi məsələsindən imtina etməyi qərara aldıq. Çünki onun qərarı Seçki Məcəlləsinə ziddir. Təkcə onun deyil, ümumilikdə partiya namizədlərinin belə addım atması düzgün deyil. Onlar məcəllədə qeyd olunanlara əməl etməyiblər. Seçki Məcəlləsinə görə, seçkiyə 10 gün qalmış namizədliyi geri götürmək olar”.
Qeyd edək ki, oktyabrın 28-də Müsavat Partiyası Divanın iclasında seçkidə boykot etmək haqda qərar verib. MSK isə onların bu qərarını rədd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam